Forbes: "Alibaba"nın qurucusu ictimaiyyət qarşısına çıxmaqla milyard dollar qazanıb
"Alibaba"nın qurucusu Cek Ma, üç ay sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdıqdan sonra 1,4 milyard dollar qazanıb...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 18:00
"Alibaba"nın qurucusu Cek Ma, üç ay sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdıqdan sonra 1,4 milyard dollar qazanıb.
"Forbes Real-Time" reytinqinə görə, onun sərvəti hazırda 62 milyard dollardır.
İnvestorları sakitləşdirmək üçün qısa video kifayət edib.
Manın qurduğu "Alibaba Group"un bazar dəyəri 58 milyard dollar artıb.
İnterAz RBC-ya istinadən xəbər verir ki, milyarder 20 yanvarda kənd müəllimlərinin mükafatlandırma mərasimində iştirak edib.