Dövlət veb-seqmentinin domeni üzrə axtarış sistemi təkmilləşdirilib

...Azərbaycanda dövlət orqanları üçün nəzərdə tutulan dövlət veb-seqmentinin "gov.az" domeni üzrə axtarış sistemi təkmilləşdirilib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 12 Yanvar 2021, 12:55

Azərbaycanda dövlət orqanları üçün nəzərdə tutulan dövlət veb-seqmentinin "gov.az" domeni üzrə axtarış sistemi təkmilləşdirilib.

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən İnterAz-a verilən məlumata görə, "gov.az" zonası üzrə domen axtarışı və informasiya təminatı daha da təkmilləşdirilib. Yeni interfeys dizaynı ilə tərtib edilən veb-resurs, həm də qurumların öz əlaqə vasitələrini və domen kataloqu üzrə yerləşmə yerini redaktə edə biləcək daha interaktiv platformaya çevrilib.