“Azərişıq” Şuşanın fasiləsiz elektrik enerjisi təchizatını başa çatdırıb

“Azərişıq” ASC işğaldan azad edilmiş Şuşa şəhərini elektrik enerjisi ilə təmin edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Yanvar 2021, 17:56

“Azərişıq” ASC işğaldan azad edilmiş Şuşa şəhərini elektrik enerjisi ilə təmin edib.

 

İnterAz xəbər verir ki, bu gündən etibarən Şuşada yerləşən əsas inzibati obyektlərin fasiləsiz elektrik enerjisi ilə təchizatı başa çatdırılıb.

 

Məlumata görə, bunun üçün ASC Füzulidən “Şükürbəyli” yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin edəcək xəttin çəkilişini yekunlaşdırıb.