Azərbaycan neftinin qiyməti 55 dollara yaxınlaşır

...Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 07 Yanvar 2021, 11:32

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

 

İnterAz-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,79 ABŞ dolları və ya 3,4% artaraq 54,73  dollar təşkil edib.