Dünya Bankı: Azərbaycan iqtisadiyyatı inkişaf edəcək

Dünya Bankının yeni proqnozuna əsasən 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9% artacaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Yanvar 2021, 10:02

Dünya Bankının yeni proqnozuna əsasən 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9% artacaq.

 

İnterAz bu barədə  Dünya Bankının "Global Economic Prospects" hesabatına istinadən xəbər verir.

 

Qeyd edək ki, sözügedən proqnoz bankın ötən ilin oktyabr gözləntisi ilə eynidir.

 

2020-ci ildə Dünya Bankı ölkədə ÜDM-in 5% azalacağını (oktyabr proqnozu 4,2% azalma), 2022-ci ildə isə 4,5% artacağını (oktyabr proqnozu 2,8% artım) gözləyir.

 

"Neft qiymətləri sabitləşdikcə və iqtisadiyyata investisiya və yenidənqurma xərcləri artdıqca Azərbaycanda iqtisadi fəaliyyətin genişlənəcəyi gözlənilir. Azərbaycanla Ermənistan arasındakı sülh bəyanatı isə bölgədəki geosiyasi gərginliyi azaltmağa kömək edəcək", - hesabatda deyilir.