Gəncəyə raket zərbəsi Azərbaycan-Gürcüstan elektrik xəttində qəzaya səbəb olub

...Oktyabrın 17-də təcavüzkar erməni silahlı birləşmələrinin raket zərbələri nəticəsində Azərbaycan-Gürcüstan elektrik xətti zədələnib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 17 Oktyabr 2020, 13:41

Oktyabrın 17-də təcavüzkar erməni silahlı birləşmələrinin raket zərbələri nəticəsində Azərbaycan-Gürcüstan elektrik xətti zədələnib.

 

“Azərenerji” ASC-dən İnterAz-a verilən məlumatda bildirilir ki, Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də, Gəncə istiqamətində endirilən zərbə beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəzaya səbəb olub.

 

24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar.