Qəbələdə yeni subartezian quyuları qazılacaq

...bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyul 2020, 15:18

Qəbələ rayonunun əhalisi 14 880 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusu qazılacaq. 

 

İnterAz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. 

 

Sərəncama əsasən layihələndiril və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 

Subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı da açıqlanıb:

 

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

       1.    

Abrıx kəndi

1

781

       2.   

Bayramkoxalı kəndi

1

1310

       3.    

Daşca kəndi

1

936

       4.     

Hacıalılı kəndi

1

1678

       5.  

Mollaşıxalı kəndi

1

374

       6.  

Siləyli kəndi

1

335

       7.    

Sırt Yengicə kəndi

1

449

        8. 

Soltannuxa kəndi

1

4925

        9.

Uludaş kəndi

1

1867

      10.

Yenikənd kəndi

1

2225

Cəmi

10

14 880