“Deutsche Bank” Rusiya iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb

Dünya bazarında neftin indiki qiyməti və artan borc yükü Rusiya iqtisadiyyatı üçün əsas risklər olaraq qalır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2019, 11:34

Dünya bazarında neftin indiki qiyməti və artan borc yükü Rusiya iqtisadiyyatı üçün əsas risklər olaraq qalır. 

 

İnterAz "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Bank”nın "İnkişaf etməkdə olan bazarların perspektivləri - 2020" icmalında bildirilir. 

 

Sənəddə həmçinin deyilir ki, bu il Rusiyada iqtisadi artım tempi 1,2%, gələn il isə 1,6% təşkil edəcək. “Deutsche Bank” hesab edir ki, Rusiya Bankının (Mərkəzi Bank) dekabrın 13-də keçiriləcək iclasında uçot dərəcəsi 6,5% -dən 6,25% -ə endiriləcək və bu yolla iqtisadiyyat dəstəklənəcək. 

 

Bundan başqa, Bankın proqnozuna əsasən, 2020-ci ilin I yarısında Rusiyada 1 ABŞ dolları 62,5 rubla bərabər olacaq. II yarımildə isə məzənnə 63,5 rubla qalxacaq.