ABŞ-ın neft ehtiyatları azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 4,9 mln. barel azalaraq 447,1 mln. barel təşkil edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Dekabr 2019, 10:03

Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 4,9 mln. barel azalaraq 447,1 mln. barel təşkil edib.

 

İnterAz-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

 

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,7 mln. barel azalacağını proqnozlaşdırırdı.

 

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.