UEFA DÇ-2022-nin seçmə mərhələsinin formatını təsdiqləyib

Qətərdə keçiriləcək mundiala "köhnə qitə"dən 13 ölkə vəsiqə qazanacaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Dekabr 2019, 08:17

UEFA İcraiyyə Komitəsi İsveçrənin Nyon şəhərindəki iclasında 2022-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə turnirinin keçirilmə formatını təsdiqləyib.

 

İnterAz-ın məlumatına görə, Qətərdə keçiriləcək mundiala "köhnə qitə"dən 13 ölkə vəsiqə qazanacaq. Onlardan 10-u qrup qalibləri, 3-ü isə "pley-off" mərhələsinin ən yaxşıları olacaq. Pley-offda qruplarda 2-ci yeri tutacaq 10 komanda, habelə, 2020/2021 mövsümündə UEFA Millətlər Liqasının 2 ən yaxşı qrup qalibi çıxış edəcək. Onlar birbaşa vəsiqə qazana bilməmiş komandalardan ibarət olacaq. Beləliklə, bu yığmalar arasında 3 pley-off təşkil ediləcək. Yarımfinallarda komandalar hərəyə bir oyun keçirəcəklər. Artıq Millətlər Liqası iştirakçılarının səbətlərə bölgüsü də aparılıb. Azərbaycan C Liqasında Ermənistan, Qazaxıstan və Moldova ilə birgə 4-cü səbətə düşüb.

 

A Liqası

 

1-ci səbət: Portuqaliya, Hollandiya, İngiltərə, İsveçrə

 

2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya

 

3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç

 

4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya

 

B Liqası

 

1-ci səbət: Rusiya, Avstriya, Uels, Çexiya

 

2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya

 

3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya

 

4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

 

C Liqası

 

1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan

 

2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr

 

3-cü səbət: Estoniya,Sloveniya, Litva, Lüksemburq

 

4-cü səbət: Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova

 

D Liqası

 

1-ci səbət: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn

 

2-ci səbət: Andorra, Malta, San-Marino

 

Millətlər Liqasının püşkü 2020-ci il martın 3-də Niderlandın paytaxtı Amsterdamda atılacaq.

 

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.