"Buta Airways"lə hərəkət edən sərnişinlərin sayı 25%-dən çox artıb

Son bir ildə AZAL-ın aşağı büdcəli strukturu - "Buta Airways"in daşıdığı sərnişinlərin sayı isə 25,25% artaraq 368 minə çatıb...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 11 Sentyabr 2019, 12:07

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) 1,4 milyon nəfər sərnişin daşıyıb. 

 

İnterAz aviaşirkətə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur. 

 

Son bir ildə AZAL-ın aşağı büdcəli strukturu - "Buta Airways"in daşıdığı sərnişinlərin sayı isə 25,25% artaraq 368 minə çatıb.