Sumqayıtda təbii qazın verilməsində məhdudiyyətlər olacaq

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Sentyabr 2019, 14:20

Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

 

Sumqayıt Qaz İstismarı Sahəsindən İnterAz-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sentyabrın 11-də saat 10:00-dan 17:00-dək şəhərin Kimyaçılar və Kotec qəsəbələri, Xəzər bağları yaşayış massivi, 26 və 7-8-12-ci məhəllələrin qaz təchizatı dayandırılacaq.

 

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək.