Yol Polisi tərəfindən verilən “Forma 4”lə bağlı yenilik edilir

Bu sistemin tətbiqindən sonra qəza zamanı həm də vaxt itkisi aradan qalxmış olacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 12:23

Avtomobil qəzası zamanı 1000 manata qədər olan zərər zamanı Dövlət Yol Polis İdarəsindən alınan "Forma 4"-ə ehtiyac yoxdur.

 

İnterAz-ın məlumatına görə, bunu bu gün İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov KİV nümayəndələri üçün təşkil olunmuş maarifləndirici seminarda çıxış edərkən bildirib.

 

Onun sözlərinə görə, artıq "Forma 4"-ün verilməsi də elektronlaşdılıb və yaxın zamanlarda onun tətbiqinə başlanılacaq: "Burada məqsəd sığorta ödənişinin maksimum tez həyata keçirilməsi və bu zaman 3-cü şəxslərin iştirakını minimuma endirməkdir. Bu sistemin tətbiqindən sonra qəza zamanı həm də vaxt itkisi aradan qalxmış olacaq".