“Brent” neftinin qiyməti 61 dollardan aşağı düşüb

Londonun əmtəə birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 2,66% aşağı düşərək, bir barelə görə 60,63 dollar təşkil edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 15:16

Neftin qiyməti ucuzlaşmağa davam edir.

 

İnterAz xəbər verir ki, Londonun əmtəə birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 2,66% aşağı düşərək, bir barelə görə 60,63 dollar təşkil edib.

 

Eyni zamanda, Nyu-York birjasında WTI markalı neftin iyul fyuçersləri 2,87% ucuzlaşıb və bir bareli 51,74 dollara ticarət olunur.