Bakıda Ümumdünya Gömrük Təşkilatının konfransı keçirilir

İnformasiya texnologiyaları konfransı və sərgisində təxminən 150-170-dən ölkədən 800-ə yaxın insanın iştirak edir...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 10:25

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya texnologiyaları konfransı və sərgisi öz işinə başlayıb.

 

İnterAz xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycanın baş naziri Novruz Məmmədov çıxış edib. N.Məmmədov ölkə başçısı İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub, konfrnasın əhəmiyyətinə toxunub.

 

Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edib. 

 

Məlumat üçün bildirək ki, iki gün davam edəcək konfransda dünyada gömrük sahəsində yeni texnologiyaların Azərbaycanda tətbiqi ilə bağlı müzakirələr aparılacaq.

 

Qabaqcıl texnologiyanın öyrənilməsi, eyni zamanda Azərbaycan internet texnologiyaları şirkətlərinin dünya bazarlarına çıxarılması və Azərbaycan gömrüyünün inteqrasiya olunması məsələləri də bu konfransda müzakirə olunacaq.

 

İnformasiya texnologiyaları konfransı və sərgisində təxminən 150-170-dən ölkədən 800-ə yaxın insanın iştirak edir. Dünyanın İT və gömrük sahəsində innovasiyalar tətbiq edən populyar və tanınmış şirkətləri bu tədbirdə iştirak edirlər.