Azərbaycanda “Ağıllı sərhəd” layihəsinin tətbiqinə bu ilin yayında başlanılacaq

Bu layihə sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin yaradılmasını nəzərdə tutur...

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Aprel 2019, 12:17

Dövlət Gömrük Komitəsi hazırladığı “Ağıllı sərhəd” layihəsinin tətbiqinə bu ilin yayında başlayacaq.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, bu barədə Komitənin sədr müavini İqbal Babayev məlumat verib.

 

“Bu layihə sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin yaradılmasını nəzərdə tutur. Azərbaycandan maşınla xaricə istirahətə gedən şəxslər sərhədə çatmamış, onlayn rejimdə növbə götürə biləcəklər və onların sərhəddən keçidi təmin ediləcək", - İ.Babayev bildirib.