SOCAR AÇG-də payın artırılması şərtlərini açıqlayıb

Onun sözlərinə görə, AÇG yataqlar blokunda payın artırılması məsələsi qiymətdən və kommersiya şərtlərindən asılıdır...

Bakı, Aytən Əliyeva, İnteraz - 19 Aprel 2019, 17:08

SOCAR ABŞ-ın “ExxonMobil” və "Chevron” şirkətlərinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda paylarının alınması təklifini tərəfdaşları ilə birgə edəcək.

 

İnterAz-ın məlumatına görə, bu barədə SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev deyib.

 

Onun sözlərinə görə, AÇG yataqlar blokunda payın artırılması məsələsi qiymətdən və kommersiya şərtlərindən asılıdır.

 

“Biz tərəfdaşlarımızla düşünürük ki, təklifləri birgə etsək, bu, daha düşünülmüş olar. Niyyətimiz payı birgə almaqdır”, - deyə V. Əliyev qeyd edib.

Qeyd edək ki, bu gün SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, AÇG səhmdarları blokun işlənməsi layihəsində ABŞ-ın “ExxonMobil” və "Chevron” şirkətlərinin satışa çıxarılacaq paylarının alınması məqsədi ilə tenderdə iştirak etmək niyyətindədir. Onun sözlərinə görə, SOCAR və tərəfdaşlar bu gün bununla bağlı qərar qəbul edib.

 

V. Əliyevin sözlərinə görə, tender “ExxonMobil” və "Chevron” tərəfindən artıq elan edilib.