Bu gün və sabah bu ərazidə işıq olmayacaq

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Aprel 2019, 09:12

Bu gün və sabah Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

 

"Azərişıq" ASC-dən İnterAz-a verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

 

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir.