Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə özəl qida labaratoriyaların yaradılması ilə bağlı sahibkarlara müraciət edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2019, 10:43

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə özəl qida labaratoriyaların yaradılması ilə bağlı sahibkarlara müraciət edib.

 

İnterAz xəbər verir ki, bu barədə bugün Bakıda “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masada  AQTA sədri Qoşqar Təhməzli deyib.

 

O bildirib ki, labaratoriyalar təkcə AQTA-nin nəzdində olmamalıdır, özəl sektor tərəfindən də qida labaratoriyalar yaradılmalıdır: "Yaradılan qida labaratoriyaları beynəlxalq akreditasiyadan keçməli, bununla yanaşı bütün beynəlxalq tələblərə cavab verməlidir. Ondan sonra bu özəl labaratoriyalar AQTA tərəfindən tanınacaq". 

 

Q.Təhməzli əlavə edib ki, agentlik ölkəmizdə sağlam qida məhsullarının istehsalı və ixrac potensialının gücləndirilməsini fəaliyyətinin əsas hədəflərindən biri hesab edir. 

 

 

CANLI YAYİM

Ən çox oxunan