Metronun “İçərişəhər” stansiyasında qatarların hərəkətində problem yaranıb

Bu gün səhər saatlarında metronun “İçərişəhər” stansiyasında qatarın hərəkətində problem yaranıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2019, 10:10

Bu gün səhər saatlarında metronun “İçərişəhər” stansiyasında qatarın hərəkətində problem yaranıb. 

 

İnterAz xəbər verir ki, nəticədə ümumi hərəkətdə təxminən 10 dəqiqə ləngimə olub. 

 

Faktı təsdiq edən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, həmin qatar depoya göndərilib:

 

“Nasazlıq saat 07:43-də qatar stansiyada olarkən qeydə alınıb. Qısa müddətdə həmin qatar yenisi ilə əvəz olunub. Ümumi olaraq 10 dəqiqə ləngimə olsa da, bu qrafikə təsir etməyib. Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkət edir”, - deyə o, qeyd edib. 

CANLI YAYİM

Ən çox oxunan