Əfqanıstan parlamentinə raketlə hücum edilib

Polis parlamentə gedən bütün yolları bağlayıb, hadisə ilə bağlı araşdırma başladılıb

Bakı, Nazilə Xaqani, İnteraz - 28 Mart 2016, 14:51

Əfqanıstan parlamentinə 4 raket atılıb.

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən parlament rəsmisi raketlərdən birinin parlamentin komissiya binasına, digər raketlərin də binanın yerləşdiyi ərazidə fərqli yerlərə düşdüyü qeyd edilib.

Polis parlamentə gedən bütün yolları bağlayıb, hadisə ilə bağlı araşdırma başladılıb. Raket hücumunda ölən və yaralanan olmayıb. Binaya ciddi zərər dəyib. Yeni parlament binası Hindistan tərəfindən paytaxt Kabilin kənar ərazilərində inşa edilmişdi. Dağlıq bölgələrə yaxın binaya raketlərin bu dağların arxasından atılmış ola biləcəyi ehtimal edilir.