Həzrəti Yusif haqqinda çəkilən filmin rejissoru vəfat edib

Dünyaca məşhur rejissor, aktyor və ssenarist, əslən azərbaycanlı olan Fərəcullah Sələhşur 63 yaşında vəfat edib

Bakı, İlkin Nadirov, İnteraz - 27 Fevral 2016, 08:19

Dünyaca məşhur rejissor, aktyor və ssenarist, əslən azərbaycanlı olan Fərəcullah Sələhşur 63 yaşında vəfat edib.

İnterAz-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, F. Sələhşur bu gün səhərə saatlarında ağ ciyər xərçəngi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. F. Sələhşur 3 noyabr 1952-ci ildə İranın Qəzvin şəhərində anadan olub. F. Sələhşur məşhur “Həzrət Yusif” filminin ssenari müəllifi və baş rejissoru olub. Həmin serial 7 ilə çəkilib.