İsrailin müdafiə naziri istefa verdiyini açıqlayıb

Qəzzada HƏMAS-la atəşkəsin əldə edilməsi terrora boyun əyməkdir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Noyabr 2018, 15:26

İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Aviqdor Lubermanin özü bu gün bəyanat verib.

 

İsrailin müdafiə naziri Aviqdor Liberman buna səbəb kimi bildirib ki, “Qəzzada HƏMAS-la atəşkəsin əldə edilməsi terrora boyun əyməkdir.

 

O həmçinin bildirib ki, partiyası ilə birgə Benyamin Netanyahunun baş naziri olduğu hökumətin tərkibindən də çıxacaq.

 

Bundan əvvəl İsrail ekspertləri bildirib ki, Avqidor Libermanın hökumətdən ayrılması, Benyamin netanyahunun baş naziri olduğu hökumətin özünü buraxması və yeni seçkilərin başlaması ilə nəticələnəcək.