Avropa İttifaqı və UNESCO Qaşıqçının öldürülməsi haqda ədalətli araşdırmanı tələb ediblər

Hazırda Türkiyə polisi jurnalistin cəsədini İstanbul kənarında axtarır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2018, 15:26

BMT-in UNESCO təşkilatı, Beynəlxalq Əfv Təşkilatı və eləcə də Avropa İttifaqı Parlıamenti Camal Qaşıqçının Səudiyyə konsulluğunda qətlə yetirilməsini kəskin pisləyərək, ədalətli araşdırmanın aparılmasını tələb ediblər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, UNESCO, Aİ parlamenti və Beynəlxalq Əfv Təşkilatı Səudiyyə hökumətini tənqid edən jurnalist yazar Camal Qaşıqçının qətlə yetirilməsi haqda beynəlxalq səviyyədə, geniş və ədalətli araşdırma qrupunun yaradılmasını və həqiqi cinayətkarların cəzaya çatdırılmasını tələb ediblər.

 

Eyni zamanda ABŞ-ın bir sıra senator, konqresmen və Nümayəndələr Palatası üzvləri də Səudiyyə Ərəbistanın Qaşıqçının konsulluqda ölümü ilə bağlı hesabatını yetərsiz olduğunu bildirib və əsas cinayətkarların cəzalandırılmasını istəyiblər.

 

Ər-Riyada qarşı təzyiqlər fonunda Avstraliya hökuməti də 23 okyabrda Səudiyyədə keçiriləcək “Səhra Davos”u iqtisadi investisiya konfransına qatılmayacaqlarını bildiriblər.

 

Dünya ictimaiyyətindən fərqli olaraq, BƏƏ, Bəhreyn və Misir hökumətləri bəyanat yayaraq, Qaşıqçının ölümü ilə bağlı Səudiyyə Ərəbistanı Baş prokurorluğunun hesbatını alqışlayıblar və bunu kafi hesab ediblər.

 

Qeyd edək ki, vəliəhd Bin-Salman və konsul Məhəmməd əl-Uteybi Qaşıqçının konsulluqdan çıxdığını bildirmişdilər. İndi isə Səudiyyə hökuməti rəsmi olaraq jurnalistin konsulluq içində əlbayaxa olma səbəbindən öldüyünü bildirir.

 

Hazırda Türkiyə polisi jurnalistin cəsədini İstanbul kənarında axtarır.