Türkiyədə həbsdə olan amerikalı keşiş azadlığa buraxılıb

Bransonun həbsdə olduğu müddət hesablandıqdan sonra o məhkəmə zalından azadlığa buraxılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 18:00

Türkiyədə PKK və FETÖ terror təşkilatları üçün cəsusluq etməkdə ittiham edilən amerikalı keşiş Endryu Qreyq Branson azadlığa buraxılıb.

 

İnterAz-ın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, məhkəmə ev dustaqlığı və ölkədən çıxma qadağasını ləğv edərək Bransonun 3 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə  qərar çıxarıb. 

 

Bransonun həbsdə olduğu müddət hesablandıqdan sonra o məhkəmə zalından azadlığa buraxılıb.