ABŞ-da "Maykl" tropik qasırğasının qurbanlarının sayı 11-ə çatıb

"Maykl" qasırğası Hərbi Hava Qüvvələrinin Floridadakı bazasına ciddi ziyan vurub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 17:34

ABŞ-da "Maykl" tropik qasırğası nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

 

Bu barədə İnterAz "RİA Novosti"yə istinadən xəbər verir.

 

ABŞ-ın Virciniya ştatının Fövqəladə Hallar Departamentinin məlumatına görə, ştatın 5 sakini ölüb, 520 min nəfər elektrik enerjisiz qalır.

 

Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi.

 

"Maykl" qasırğası Hərbi Hava Qüvvələrinin Floridadakı bazasına ciddi ziyan vurub.

 

Qasırğanın vurduğu potensial zərər milyardlarla dollar dəyərində qiymətləndirilir.