Sepah Trampın “İran Yaxın Şərqi 12 dəqiqəyə tuta bilərdi” fikrinə münasibət bildirib

Buna münasibət bildirən Sepah generalı Hüseyn Səlami Trampın çıxışını İranın gücü haqda edilən bir etiraf olduğunu deyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 16:45

“Biz Yaxın Şərqi işğal etmək niyyətində deyilik. Amma 12 dəqiqə ərzində Yaxın Şərqi böyük şeytanın şərindən xilas edə bilərik.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Keşikçilər Ordusunun baş komandan müavini Hüseyn Səlami deyib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ayova ştatında seçiciləri qarşısında çıxışı zamanı iddia edib ki, İran 12 dəqiqə ərzində Yaxın Şərqi ələ keçirə bilərdi, lakin onun hökumətinin iş başına gəlməsi ilə bunun qarşısı alınıb. O bu çıxışda bildirmişdi ki indi İran yaşamasını davam etdirmək üçün çalışır.

 

Buna münasibət bildirən Sepah generalı Hüseyn Səlami Trampın çıxışını İranın gücü haqda edilən bir etiraf olduğunu deyib.

 

Həmçinin  Sepah-ın baş komandanı Məhəmməd Əli Cəfəri də bu günkü çıxışında Trampın sözügedən fikrinə münasibət bildirib və vurğulayıb ki, İran işğalçı deyil və hətta deyilən bu müddətdən az bir zamanda da Asiyanın cənub-qərbinin müdafiə edə bilər.