Ərdoğan Fəratın Şərqi ilə bağlı mesaj verib: Tezliklə oradakı terror yuvalarını dağıdacağıq

Türkiyə prezidenti iki gün öncə çıxışlarının birində Minbiclə bağlı Amerika ilə razılaşmanın gecikdiyini bildirmiş və xəbərdarlıq etmişdi

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 13:52

“İnşaallah çox yaxında bu gün ordenlərlə mükafatlandırdığımız komandirlərin dəstəyi ilə Fıratın şərqindəki terror yuvalarını darmadağın edəcəyik”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib.

 

R.T. Ərdoğan Türkiyənin İsparta şəhərində hərbçilərin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində çıxışı zamanı vurğulayıb ki, onlar tezliklə Suriyada Fəratın şərqindəki terror yuvalarını dağıdacaqlar.

 

Qeyd edək ki, Türkiyə prezidenti iki gün öncə çıxışlarının birində Minbiclə bağlı Amerika ilə razılaşmanın gecikdiyini bildirmiş və xəbərdarlıq etmişdi.

 

Bildirək ki, hazırda Suriyada Fəratın şərqinə (Rəqqa, Həsəka və Dirazzur əyalətlərinin bir hissəsi) ABŞ-ın dəstəklədiyi YPG və "Suriya Demokratik Qüvvələri" kürd bölmələri nəzarət edir.