ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Azərbaycana səfər edəcəyini təsdiqləyib

Bu barədə C.Boltonun "Twitter" səhifəsində yazılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 11:12

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfərə gələcək.

 

İnterAz "Report"a xəbər verir ki, bu barədə C.Boltonun "Twitter" səhifəsində yazılıb.

 

"Təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gedəcəyəm", - C.Bolton yazıb.

 

On October 20th I'll be travelling to Russia, Azerbaijan, Armenia, and Georgia to meet with my counterparts and other senior officials to advance American interests on a range of security issues.

 

— John Bolton (@AmbJohnBolton) 11 октября 2018 г.