Uqandada torpaq sürüşməsi nəticəsində 40 nəfər ölüb

Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 10:18

Uqandanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində 40 nəfər ölüb.

 

Bu barədə İnterAz " RİA "Novosti"yə istinadən məlumat verir.

 

Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi.

 

Ölkənin şərqindəki Bududa rayonunun sakinləri torpaq sürüşməsinin cümə axşamı səhər saatlarından başlayan leysan yağışı ilə əlaqədar olduğunu söyləyib. Təbbi fəlakət qurbanlarının sayı xeyli arta bilər, çünki təsdiqlənməmiş məlumatlara görə, əlçatmaz uzaq ərazilərdə yüzlərlə adam itkin düşüb.