Qasırğa ABŞ-ın hərbi bazasını dağıdıb

Bazadakı binaların bəziləri tamamilə dağılıb, qalan tikililərə ciddi ziyan dəyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 09:27

ABŞ-ın şərq sahillərini bürüyən “Maykl” qasırğası Hərbi Hava Qüvvələrinin Floridadakı Tindall bazasına ciddi zərər verib.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı bazanın komandiri Brayan Leydlou “Facebook” hesabında məlumat yayıb.

 

Qeyd edilib ki, bazadakı binaların bəziləri tamamilə dağılıb, qalan tikililərə ciddi ziyan dəyib.

 

“Bazanın əsaslı təmirə ehtiyacı var. Təhlükəsizlik zəmanəti verilməyənədək sizi və ailənizi evlərinizə qaytarmayacağam. Bunun üçün nə qədər vaxtın lazım olduğunu bilmirəm”, - hərbçi bildirib.