Yaponiyada 4.6 bal gücündə zəlzələ baş verib

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 09:04

Yaponiyanın şimalında 4.6 bal gücündə zəlzələ qeydə alınıb.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Hokkaydo prefekturasında,ocağı isə 30 km dərinlikdə yer alıb.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.