Hindistanda seçkiqabağı təbliğat kampaniyası aparan qrupa hücum olub, 4 nəfər ölüb

hadisə Hindistanın şimal-şərqində Meqalaya ştatında olub

Bakı, , İnteraz - 19 Fevral 2018, 12:02

 Hindistanda Milli Konqres Partiyasının seçki kampaniyasından qayıdan avtomobil karvanına əldəqayırma partlayıcı ilə hücum nəticəsində 4 nəfər ölüb.

 

İnterAz “Anadolu” agentlyinə istinadən xəbər verir ki, hadisə Hindistanın şimal-şərqində Meqalaya ştatında olub.

 

Hücumun hədəfi Milli Konqres Partiyasından Meqaliya əyalət məclisinə namizəd Conatan N. Sanqman olub.

 

Partlayış nəticəsində millət vəkilliyinə namizəd və onunla birlikdə seçkiqabağı kampaniyada iştirak edən 3 nəfər ölüb.

 

Meqaliya ştatının məclisinə seçkilər fevralın 27-də keçiriləcək.