ABŞ-ın dərdi terrorla mübarizə deyil - Ərdoğan

ABŞ-ın bölgədə yürütdüyü siyasətin yanlış olduğuna dair Türkiyə hər zaman narahatlığını ifadə edib

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Noyabr 2017, 15:53

Suriyada Əsəd rejimi hələ də yerində qalır. Onda bu qədər qan niyə tökülüb? 

İnterAz-ın “Haber 7”-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

"Əsad hələ də yerindədir. Demokratiyadan başqa bir tələbi olmayan suriyalı müxalifləri az qala terrorçu kimi qələmə verilir. O qədər danışıqlar aparıldı, toplantılar keçirildi, ancaq nəticə əldə edilmədi.Bu qədər qan axdı. Axan qan kimin qanıdır, ölənlər kimlərdir?

Demək ki, məsələ terrorla mübarizə, demokratiyanın bərpası, məzlumların hüquqlarının qorunması deyil", deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ-ın bölgədə yürütdüyü siyasətin yanlış olduğuna dair Türkiyə hər zaman narahatlığını ifadə edib: "ABŞ-ın dərdi əslində başqadır. İŞİD terrorçularını təmizlədiyinizi deyirsiniz, amma silah yüklənmiş avtomobillər hələ də Suriyaya gedir.  Bu, hələ də niyə davam edir? Siz hansı ölkəyə qarşı silahlanırsınız? Dərdiniz başqadır".