Türkiyədə dollar fantastik dərəcədə bahalaşıb

USD/TL məzənnəsi cari ilin yanvarın 1-də qeydə alınan maksimumu aşıb

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Noyabr 2017, 15:20

ABŞ dollarının türk lirəsinə nisbətən məzənnəsi bugünkü ticarət sessiyasında 3,9477 səviyyəsinə çatıb.

İnterAz xəbər verir ki, beləliklə, USD/TL məzənnəsi cari ilin yanvarın 1-də qeydə alınan maksimumu, yəni 3,4922 səviyyəsini aşıb.  

Bakı vaxtı ilə saat 10:14 etibarilə USD/TL cütlüyü 3,9440 səviyyəsində ticarət olunur.

Avronun türk lirəsinə nisbətən məzənnəsi isə 4,6344 səviyyəsindədir.