Nigeriyada məsciddə törədilmiş partlayış nəticəsində 50 nəfər ölüb

Ölənlərin sayı artır

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Noyabr 2017, 13:54

Nigeriyanın cənub-şərqində Adamava ştatının Mubi şəhərində məsciddə kamikadzenin özünü partlatması nəticəsində ən azı 50 nəfər vəfat edib. 

İnterAz xəbər verir ki, bu barədə yerli fövqəladə xidmət və hökumət nümayəndələri məlumat verib. 

Adamava təcili yardım agentliyinin rəhbəri Haruna Furo bildirib ki, partlayış sübh namazı zamanı baş verib. 

Qeyd edilib ki, ölənlərin sayı artır. 

Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. 

Adamava ştatənda yerləşən Mubi şəhərinə 2014-cü ildə “Boko Haram” terror təşkilatı nəzarət edib. 2015-ci ildə isə ordunun yardımı ilə şəhər azad edilib.