Vladimir Putin Bəşər Əsədlə görüşüb

Görüşdə Suriyada təhlükəsizliyə dair məsələlər əsas müzakirə mövzusu olub

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 21 Noyabr 2017, 12:20

Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədi qəbul edib.

İnterAz “Frans-Press”ə istinadən xəbər verir ki, görüş Soçi şəhərində baş tutub.

Görüşdə Suriyada təhlükəsizliyə dair məsələlər əsas müzakirə mövzusu olub.

Putin çıxışı zamanı Suriyada silahlılara qarşı müharibənin tezliklə başa çatacağını elan edib. Putin bildirib ki, indi Suriyada problemlərin siyasi müstəvidə nizamlanmasının vaxtı çatıb. Putin Suriya müxalifətinin hakim partiya ilə dərin dialoqlara başladığına da diqqət cəlb edib.

Bəşər Əsəd öz növbəsində qeyd edib ki, Suriya dövləti Rusiya ordusu sayəsində bir dövlət kimi xilas olub.