Ağ Evin milad ağacı ünvana çatıb

Builki milad ağacı ABŞ-ın Viskonsin ştatından, ənənəyə uyğun olaraq, at arabası ilə gətirilib

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 21 Noyabr 2017, 11:12

2018-ci ilin milad ağacı Ağ Evə gətirilib.

İnterAz “Associated Press”ə istinadən xəbər verir ki, ağacı ABŞ-ın birinci xanımı Melanya Tramp və oğlu qarşılayıb.

Builki milad ağacı ABŞ-ın Viskonsin ştatından, ənənəyə uyğun olaraq, at arabası ilə gətirilib.

Ətirli ağ şamın hündürlüyü, təxminən, 6 metrə çatır.