Tramp Şimali Koreyanı “terror himayədarı” elan edib

Ağ Ev rəsmi Pxenyana qarşı yeni sanksiya və cəzalar tədbiq edəcək

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 21 Noyabr 2017, 10:50

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanı “terror himayədarı” elan edib.

İnterAz “Frans-Press”ə istinadən xəbər verir ki, Ağ Ev rəhbərliyi rəsmi Pxenyana qarşı yeni sanksiyalar və cəzalar tədbiq edəcəyini də açıqlayıb.

“ABŞ Şimali Koreyanı terrorizmə himayədarlıq edən ölkə kimi müəyyən edib. Bunu çoxdan – uzun illər əvvəl etmək lazım idi. Dünyanı nüvə silahı ilə məhv etməklə hədələyən Şimali Koreya dəfələrlə beynəlxalq terrorlar, o cümlədən, xarici torpaqlarda qətllər törədib. Şimali Koreyanın hazırkı vəziyyəti ona qarşı yeni sanksiyaların və cəzaların tədbiq olunmasına səbəb olacaq. Bu addım qatil rejimin təcrid olunması məqsədilə apardığımız kampaniyanı dəstəkləyir” – deyə Tramp qeyd edib.