Bəşər Əsəd: Rusiyanın sayəsində Suriya xilas oldu

Rusiya Federasiyasının lideri Suriyanın dövlət başçısını terrorizmlə uğurlu mübarizə münasibətilə təbrik edib

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Noyabr 2017, 10:13

Rusiya Prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

İnterAz-ın verdiyi məlumata görə, B.Əsəd Rusiyada işgüzar səfərdədir.

RF lideri Suriyanın dövlət başçısını terrorizmlə uğurlu mübarizə münasibətilə təbrik edib.

Cavabında B.Əsəd vurğulayıb ki, Rusiyanın sayəsində Suriya dövlət kimi xilas oldu: "Suriyanın bir çox rayonları terrorçulardan azad edildi, suriyalılar bu ərazilərə qayıda bildi".

V.Putin ümidvar olduğunu bildirib ki, tezliklə Suriyada terrorizmlə mübarizəyə yekun nöqtə qoyulacaq: "Uğurlara baxmayaraq, münaqişə ocaqları hələ də yarana bilər".

TREND