Keniyada Ali Məhkəmənin qərarı qarşıdurmaları şiddətləndirib

Qarşıdurmalar zamanı 3 nəfərin öldüyü bildirilir

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 21 Noyabr 2017, 10:34

 

Keniyada Ali Məhkəmə prezident Uhuru Kenyattanın qələbəsini elan edib.

İnterAz “Frans-Press”ə istinadən xəbər verir ki, ali məhkəmənin qərarı müxalifət tərəfdarlarının sərt etirazlarına səbəb olub.

Fəallar şəhərin mərkəzi küçələrində etiraz aksiyaları keçirib, çoxsaylı zorakılıqlar törədiblər.

Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Qarşıdurmalar zamanı 3 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, Keniya müxalifəti Uhuru Kenyattanın qeyri-leqal yolla prezident seçildiyini iddia edir.