Rusiya bombardmançı təyyarələri Suriyada İŞİD-in mövqelərinə zərbə endirib

Terrorçuların xeyli canlı qüvvəsi, texnika və döyüş sursatı məhv edilib

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 18 Noyabr 2017, 21:48

Rusiya Hava-Kosmik Qüvvələrinin "Tu-22M3" tipli 6 bombardmançı təyyarəsi Suriyanın Əbu-Kamal şəhərində İŞİD terror təşkilatının mövqelərinə zərbə endirib. "Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Hava zərbələri nəticəsində terrorçuların xeyli canlı qüvvəsi, texnika və döyüş sursatı məhv edilib.