Şri Lankada buddistlər həbs edilib

Buddistlər müsəlmanları insanları İslamı qəbul etməyə təhrik etməkdə ittiham ediblər

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 18 Noyabr 2017, 15:14

Şri Lankada müsəlmanlarla qarşıdurmalara girən 19 buddist həbs edilib.

İnterAz “Reuters”ə istinadən xəbər verir ki, qarşıdurmalar zamanı 4 nəfər xəsarət alıb.

Qarşıdurmalara səbəb bir qadının yalandan şayiə yayması olub. Şəxsiyyəti məlum olmayan qadın müsəlmanların buddist məbədinə hücuma hazırlaşdığını bildirib.

Qeyd edək ki, Şri Lanka əhalisinin 70 faiz buddizm dininə ibadət edir. Əhalinin 9 faizi isə müsəlmandır.

Şri Lankanın radikal buddist liderləri müsəlmanları insanları İslamı qəbul etməyə təhrik etməkdə və buddist arxeoloji abidələrini dağıtmaqda ittiham ediblər.

Bundan başqa, buddistlər Myanmadan qaçqın düşən müsəlmanların Şri Lankaya sığınmasına qarşı da sərt etirazlarını bildiriblər.