Livan prezidenti Saad Həriri Fransaya səfər edib

Prezident öz istefasından sonra yaranmış böhrana dair müzakirə aparacaq

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 18 Noyabr 2017, 13:30

Livan prezidenti Saad Həririnin Franasaya səfəri başlayıb.

İnterAz “BBC”yə istinadən xəbər verir ki, prezident öz istefasından sonra yaranmış böhranla əlqədar müzakirə aparmaq üçün Parisə səfər edib.

Qeyd edək ki, Həriri iki həftə əvvəl Səudiyyə Ərəbistanında səfərdə ikən vəzifəsindən istefa verdiyini bildirmişdi. Lakin Livan hökuməti prezidentin Səudiyyə Ərəbistanında həbs edildiyini ehtimal edərək onun istefasını qəbul etməyib. Həriri özü isə bu faktı təkzib edir.