Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini geri çağırıb

Səudiyyə Ərəbistanı Livanın sabiq baş naziri Saad Həririnin istefası başda olmaqla, Riyad rəhbərliyinin xarici siyasətini sərt tənqid edən Qabriyelə reaksiya verib

Bakı, Nazilə Xaqani, İnteraz - 18 Noyabr 2017, 12:46

Səudiyyə Ərəbistanının Almaniya Xarici işlər naziri Siqmar Qabriyelin açıqlamaları ilə bağlı Berlindəki səfirinin müzakirə məqsədi ilə geri çağırdığı və Almaniyanın Riyad səfirinə nota göndərdiyi bildirilib. 

İnterAz “SPA”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Livanın sabiq baş naziri Saad Həririnin istefası başda olmaqla, Riyad rəhbərliyinin xarici siyasətini sərt tənqid edən Qabriyelə reaksiya verib. 

Səudiyyə Ərəbistanının Xarici işlər nazirliyindəki mənbə ölkənin Qabriyelin açıqlamalarını “haqsız və çirkin” kimi qiymətləndirdiyini, təəccüblə qarşıladığını və qınadığını ifadə edib.