Türkiyə Suriyanın Afrin şəhərində birgə fəaliyyətlə bağlı Rusiyaya təklif edib – Ərdoğan

Bu gün Rusiyaya səfər edən Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Noyabr 2017, 16:10

Türkiyə Suriyanın Afrin şəhərində birgə fəaliyyət planı ilə bağlı Rusiyaya təklif edib.

İnterAz xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə getməzdən öncə keçirilən mətbuat konfransında deyib. Bu gün Rusiyaya səfər edən Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

“Biz öz sərhədimizi nəzarət altına götürmüşük, Afrin də bizimlə sərhəd olan vilayətdir. Biz Afrindən gələn təhlükəni inkar edə bilmərik və müəyyən addımlar atmağı müəyyən etmişik. Biz burda birgə fəaliyyətlə bağlı Rusiya ilə danışıqlar aparmışıq. Onların bizim planlarımızla bağlı müsbət mövqeyi bizə yeni imkanlar verir”, - deyə Ərdoğan qeyd edib.

Putin və Ərdoğanın regional və beynəlxalq məsələlər, eyni zamanda terrorizmə qarşı mübarizə və Suriya sülh nizamlanması ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.