Rusiyalı analar qızlarının Suriya və İraqdan qaytarılması üçün BMT-ə çağırış edib

Sənəd 300 qadın tərəfindən imzalanıb

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Sentyabr 2017, 14:01

Rusiyalı analar Suriya və İraqda saxlanılan qızlarının və nəvələrinin evlərinə geri qaytarılmasına yardım üçün BMT-ə müraciət edib.

İnterAz xəbər verir ki, bunu “Sputnik”ə Çeçenistanın İnsan hüquqları şurasının üzvü Xeda Saratova deyib.

“Biz İnsan hüquqları üzrə BMT Ali komissarına birgə müraciəti analarla birlikdə hazırlamışıq, ona hadisələrə müdaxilə etməyə və Suriya və İraq ərazisində düşərgələrdə və kimsəsizlər evində olan qadın və uşaqların evə qayıtmasına yardım etməyə çağırmışıq. Sənəd 300 qadın tərəfindən imzalanıb və yaxın gələcəkdə biz onu göndərcəyik”, - Saratova qeyd edib.