Astanada Rusiya ilə ABŞ heyətləri arasında görüş keçirilir

Rusiyanı prezidentin Suriya üzrə xüsusi namayəndəsi Aleksandr Lavrentyev, ABŞ-ı isə dövlət katibinin müavini vəzifəsini icra edən Devid Satterfild təmsil edir

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Sentyabr 2017, 13:30

Astanada Suriya üzrə danışıqlar çərçivəsində Rusiya ilə ABŞ heyətləri arasında ikitərəfli məsləhətləşmələr aparılır.

İnterAz-ın verdiyi xəbərə görə, bu barədə "TASS" agentliyinə Rusiya heyətindəki mənbə məlumat verib.

"Hazırda Rusiyanın və ABŞ-ın nümayəndə heyətləri arasında iclas keçirilir", - deyə mənbə bildirib.

Astana danışıqlarında Rusiyanı prezidentin Suriya üzrə xüsusi namayəndəsi Aleksandr Lavrentyev, ABŞ-ı isə dövlət katibinin müavini vəzifəsini icra edən Devid Satterfild təmsil edir.