Malaziya baş naziri Myanmada baş verənləri soyqrım adlandırıb

Dünyanın göz ardı edə bilmədiyi zorakılıq qurbanlarına ABŞ-ın humanitar yardım etməsi mümkündür

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Sentyabr 2017, 12:07

Bir neçə dəfə deyilib ki, onlara (Rohingya müsəlmanlarına) qarşı edilən zorakılıqlar haqlı olaraq etnik təmizləmə, yaxud soyqrımı kimi təsvir edilə bilər.

İnterAz “Channel NewsAsia”ya istinadən xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Malayziyanın baş naziri Nacib Razak Strateji və beynəlxalq elmlər mərkəzində çıxışı zamanı deyib.  

Nacib Razak bildirib ki, Malayziya xalqına Myanmada baş verən hadisələri ABŞ prezidenti Donlad Trampla müzakirə etməyə söz verib və bu müzakirə baş tutub: “Mən şadam ki, prezident mənim narahatlıqlarımı bölüşür. Buna görə də, ürək parçalayan humanitar böhran bizim birgə bayanatımıza daxil edilib.”

N.Razak ABŞ hökumətinin hazırda bu hadisələrlə bağlı nə planlaşdırdığını bilmədiyini deyib.

“Mən sizə deyə bilərəm ki, indi dünyanın göz ardı edə bilmədiyi zorakılıq qurbanlarına ABŞ-ın humanitar yardım etməsi mümkündür”, - baş nazir qeyd edib.