Suriya kürdləri Deyr-əz-Zor şəhərinə yaxınlaşıb

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriya Demokratik Qüvvələrinə dəstək verirlər.

Baku, Oktay Quliyev, İnteraz - 14 Sentyabr 2017, 12:04

Suriya Demokratik Qüvvələri Deyr əz-Zorun şimal istiqamətindən bir neçə qəsəbəni ələ keçiriblər.   ABŞ koalisiyasının dəstəyi ilə hərbi əməliyyatlara başlayıb.

İnterAz “FarsNews”-ə istinadən xəbər verir ki, Suriya Demokratik Qüvvələri Deyr əz-Zorun şimal istiqamətindən hücuma keçərək bir neçə qəsəbəni ələ keçiriblər. Fərat çayına çatan qüvvələr İŞİD-ə gedən yardım yollarını bağlaya biliblər.

Məlumata görə, hərbi əməliyyatlarda onlara ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri dəstək verir.